Şəfəqə Doğru » Manşet » Qazaxda Kərəm bizi”Kərəm” kimi yandırır.

Qazaxda Kərəm bizi”Kərəm” kimi yandırır.

Qazaxda   Kərəm bizi”Kərəm”  kimi  yandırır.

                          

 Rəvayətə görə”Kərəm” eşq oduyla alışıb yanmışdır.Amma bu gün Kərəm Məmmədrzayev külli miqdarda pul əldə etmək üçün, bizləri təmiz havadan məhrum edərək, yandırır.Söhbət vaxtilə xalq malını  dövlət əmlakını  ölkəmizdən itirən Kərəm Məmmədrzayevdən gedir.Kərəm hazırda 28 saylı yol MMC-nin rəisidir. Bu vəzifəyə təyin olunan gündən  "Azəraftoyol MMC"-yə " bitişik yaşayış masivvləri  his –pasla örtülmüşdür.Sakinlər təmiz havaya möhtac qalıblar desək, yanılmarıq.Ona görə ki,MMC-nin nəzdində olan istismar müddətini bitirmiş asfalt zavodu işləyən vaxtlar sakinlər evlərini tərk etmək məcburuyyətində qalırlar.Maşın şinləri ilə bişirilən asfalt təbiətə nə qədər zərərli maddə buraxdığı məlumdur.Axı qanunlarımıza görə ,hər bir vətəndaşın sağlam mühitdə yaşamaq hüquqi vardır.

    Kərəm Məmmədrzayevi yalnız öz şəxsi marağı maraqlandırdığından sakinlərin etirazına bele məhəl qoymur.Hətda sakinlərə bir yumorda quraşdırmışdır.Bununla bağlı bizdə kərəm Məmmədrzayevə müraciət etdik.Bildirdi ki,əgər xoşunuza gəlmirsə əleyhqazdan istifadə edin.Belə çıxır ki,bizlər saglamlığmızı əleyhqazla qoruya bilərik. "Azəraftoyol MMC"-yə" bitişik yaşayış massivi xeyr-şər məclislərini yalnız gece qura bilirlər.Çünki,Kərəmin yandırtdığı şinlərin və mazutun hisi az zamanda qab-qacağa çökür.

 Deyilənə görə Kərəmin belə qanunsuzluğu barədə iki dəfə  Ekalogiya vəTəbii  Sərvətlər Nazirliyindən xəbərdarlıq olunub ki,primitiv asfalt bişirməyə son qoysun və yeni texnalogiya nəzərdə tutulsun . Amma bu xəbərdarlığa Kərəm belə reaksiya verir.Bildirir ki ,Ekalogiya Nazirliyi getsin şitillərini əksin .Havayla  işi nədir .Bununla bağlı iki saylı Ekalogiya və Təbbi Sərvətlər idarəsinə müraciət etdik.Cavabdan məlum oldu ki,Kərəm bizə dediklərini idarə rəisinə də deyib.Sözü geden idarənin rəisi Məmmədrzayevin öhdəsindən gələ bilmədiyini söylədi. Hətda ətraf mühitə tullantıya görə,ödəyəcəyi vəsaiti belə ödəmir.Təssəvür edin çay sahilinə istirahətə gedən sakinlər primitiv zavodun, təbiəti  çirkləndirdiyi üçün,istirahətə gedə bilmilər.

   Kərəm Məmmədrzayev ətraf mühiti yalnız zavodla çirkləndirmir.Meşə zolağında qurdurduğu" Palıd" restoranı  ,beşmərtəbə yaşayış binasının həyətində tikdirdiyi "Ocaq" restoranı ətraf mühitə xeyli ziyan vurur və insanları təmiz havadan məhrum etməkdədir.Onu da qeyd edək ki,Kərəm Məmmədrzayev əmlak idarəsinin  rəisi olanda zəbt etməni yaxşıca bacarmışdır.İndi də hektara yaxın çay sahilini hasara almışdır.Deyilənə görə,həmin zəbt etdiyi sahədə nəsə tikdirmək fikrindədir.Onuda bildirək ki,asvalt altı matirial üçün çay yatağını dəmir yol körpüsünün üç-beş metrilyini  istədiyi dərinlikdə qazır.Belə çıxır ki təbbi sərvət Kərəmə "cehiz” verilmişdir.

   Axı ulu öndər Heyder Əliyev belə demişdir.Yeraltı-yerüstü təbbi sərvətlər xalqa məxsusdur.Amma Kərəm Məmmədrzayev xalq malını şəxsi malı kimi , mənimsəməkdədir. Ekalogiya və Təbbi Sərvətlər nazirliyini ting əkən kimi,qəbul edən Kərəmdən yaxşı mənada heçnə gözləmək mümkün deyildir.

   Əlaqədar qurumlar heç olmasa sağlamlığımız naminə Kərəmə "dur” söyləməlidilər.

  Bu mövzuya ətraflı qayıdacağıq.İkinci tərəfində mövqeyini dinləməyə hazırıq.

   Shafaqadogru.com