"Ötən ilin 15 iyul qiyama cəhd hadisələri zamanı Türkiyə xalqını dəstəkləyən ilk dövlət Azərbaycan olub”.
Bunu "Ölkə.Az”-a eksklüziv açıqlamasında Türkiyə Baş prokurorunun müavini Halil Adıgüzel bildirib.
Halil Adıgüzel deyib ki, 15 iyul hadisələri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edən ilk dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub:
"Cənab Ərdoğana ilk telefon zəngi açan dövlət başçısı cənab İlham Əliyevdir. Onsuz da biz qardaş Azərbaycandan məhz bunu gözləyirdik. Cənab İlham Əliyevdən sonra Türkiyəni dəstəkləyən ikinci dövlət başçısı Qətər kralı olub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”.
Baş prokurorun müavini Azərbaycanda "FETÖ” üzvlərinin zərərsizləşdirilməsi ilə bağlı məsələyə də toxunub:
"İndi dəqiq deyə bilmərəm ki, Azərbaycanda "FETÖ”-çülər var, ya yox! Çünki "FETÖ”-çülər ifşa olunandan sonra xarici ölkələrə qaçaraq, gizlənməyə çalışır. Həmin günahkarların cəzalandırılması üçün Türkiyə dövləti olaraq biz əlimizdən gələni edirik. Onu da deyim ki, "FETÖ”-çuların saxlanılması ilə bağlı görülən işlər tam qanun çərçivəsində həyata keçirilir. Yəni, hər kəsə vəkil tutulur, qanunun və hüququn tələblərinə uyğun formada addımlar atılır. Ancaq Azərbaycanın bu istiqamətdə atdığı addımlar bizi çox sevindirib. Bu məsələ ilə bağlı Azərbaycan dövləti nə lazımdırsa, edib. Bildiyimə görə, Fətullah Gülənə bağlı olan təşkilatlar bağlanıb, "FETÖ” üzvləri ölkədən çıxarılıb. Bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”.
Halil Adıgüzel Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini söyləyib:
"Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclasında iştirak edirəm. Bura gəlməmişdən öncə Türkiyənin Baş prokuroru mənə dedi ki, Azərbaycanda belə bir toplantı var və həmin tədbirə nümayəndə heyəti ilə gedə bilərsənmi? Mən isə dərhal bildirdim ki, əgər məsələ Azərbaycandırsa, müzakirəsiz Bakıya getməyə hazıram. Sonra sevinə-sevinə qardaş Azərbaycana gəldim. Mən ötən il də Azərbaycana səfər etmişdim. Azərbaycan bizim qardaşımızdır. Mən Bakıya gələndə, özümü Ankaradan İzmirə, Bursaya və digər şəhərlərə getmiş kimi hiss edirəm. Biz eyni dildə danışırıq. Ona görə də bizim bir-birimizdən fərqimiz yoxdur. Biz hər zaman Azərbaycanda da bu qardaşlığı, qonaqpərvərliyi görürük. Mən ötən il Naxçıvana, Qubaya səfər etmişdim. Özümü öz Vətənimdəki kimi his edirəm. Azərbaycana iki gündür gəlmişəm, buradakı qardaşlarımız mənə deyir ki, ailənlə bərabər qonağımız olun, burada yay tətili edək və sairə. Bu təklifi mənə doğma qardaşım etməz? Bundan daha gözəl nə isə ola bilərmi? Ona görə də mən Azərbaycanda özümü Vətənimdəki kimi hiss edirəm”.