Şəfəqə Doğru » Manşet » “O yüksəkliklər ki, Azərbaycan mülki əhalisini daim təhlükədə saxlayırdı, artıq Azərbaycan ordusu tərəfindən geri qaytarılıb” - VİDEO

“O yüksəkliklər ki, Azərbaycan mülki əhalisini daim təhlükədə saxlayırdı, artıq Azərbaycan ordusu tərəfindən geri qaytarılıb” - VİDEO

“O yüksəkliklər ki, Azərbaycan mülki əhalisini daim təhlükədə saxlayırdı, artıq Azərbaycan ordusu tərəfindən geri qaytarılıb” - VİDEO
Bu gün Milli Məclisin toplantısı keçirilib. ANS TV-nin məlumatına görə, iclas son günlər cəbhədə şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra millət vəkilləri kənd və bir neçə yüksəklikləri erməni işğalından azad etməsinə görə ordumuza təşəkkür elan edib və qələbə münasibəti ilə təbriklərini çatdırıb.

Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycan həmişə atəşkəsə sadiq olub, lakin görəndə ki, ermənilər mülki şəxsləri hədəfə alır, səbrimiz tükəndi. "O yüksəkliklər ki, Azərbaycan mülki əhalisini daim təhlükədə saxlayırdı, artıq Azərbaycan ordusu tərəfindən geri qaytarılıb”, -deyə spiker əlavə edib.

Millət vəkili Qüdrət Həsənquliyev öz məvacibinin bir hissəsini silahlı qüvvələrə yardım fonduna köçürəcəyini bildirib. ” Bütün imkanlı şəxslərdən xahiş edirəm ki, silahlı qüvvələrə yardım fonduna dəstək olsunlar. Buna təkcə maddi tərəfdən yanaşmaq lazım deyil. Bu orduyla birliyin göstəricisidir”, - deyə millət vəkili bildirib.

"Beynəlxalq hüququn gücü işləmədiyi yerdə gücün hüququ işləyəcək"
Daha sonra milli məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan hüququn gücünün işləmədiyini gördü. "Beynəlxalq hüququn gücü işləmədiyi yerdə gücün hüququ işləyəcək. Beləliklə, Azərbaycan öz gücünü göstərmiş oldu. Hərdən gücün də hüququnu göstərmək lazımdır ki, donuzu darıdan çıxartmaq mümkün olsun”, - deyə Ziyafət Əsgərov vurğulayıb.