Tərtərdə gedən döyüşlərdə şəhid olan Ravil Novruzov müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.
Bu barədə Axşam.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, gözü önündə böyüyən dayısı nəvəsinin ölümünə inana bilmir:
"Şəhidlərimizin ölümünə çox pis oldum. Neçə ailə gözü yaşlı qaldı. Gözüm önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Çox pisəm. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Mən bir müğənni kimi bu gün üzərimə düşəni etməyə çalışıram. Ötən gün prodüser Tolikin təşəbbüsüylə həmkarlarımla birlikdə cəbhə bölgəsinə getdik. Əsgərlərə dəstəyimizi bu cür göstərdik. Şəhidlərin ailələrinə başsağlığı verdik. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə də başsağlığı verirəm. Vətənin başı sağ olsun”.