Şəfəqə Doğru » Manşet » 24 nəfəri ilan sancdı

24 nəfəri ilan sancdı

24 nəfəri ilan sancdı

Builki yay mövsümündə ilan sancması diaqnozu ilə Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə 24 müraciət daxil olub

 


Bu barədə virtualaz.org saytına mərkəzin rəhbəri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun sözlərinə görə, iyunda 8, mayda 14, apreldə isə 2 nəfəri ilan sancıb. Müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, xüsusilə də Zirə kəndindən, bölgələrdən isə Bərdə, Tovuz, Şəmkir, Hacıqabul, Şamaxıdan daxil olub. Gətirilənlər arasında 1 nəfərin vəziyyəti ağır olduğundan hazırda xəstəxanada müalicə alır.

Mərkəz rəhbəri havaların istiləşməsi ilə ilan sancmalarının artdığını deyir: "Hər il iyul-avqustda müraciətlər daha çox olur. Buna görə də ehtiyatlı olmaq lazımdır”, -A.Maqsudov deyib.

Ötən ay bir nəfəri qaraqurd sancıb.