Şəfəqə Doğru » Manşet » İnsanın yaranışının əsas səbəbi TƏKZİB OLUNDU

İnsanın yaranışının əsas səbəbi TƏKZİB OLUNDU

İnsanın yaranışının əsas səbəbi TƏKZİB OLUNDU
ABŞ-da Corc Vaşinqton Universitetinin alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi insan təkamülünün hərəkətverici qüvvəsi deyildi. Buna qədər bir çox mütəxəssislər bəşəriyyətin yaradılışının məhz iqlim dəyişikliyi olduğunu hesab edirdilər.
Shafaqadogru.com  bildirir ki, onların rəyinə əsasən qədim insanların yaranması təsadüfən baş verə bilərdi. Alimlərin bu haqda geniş məqaləsi "Paleobiology” jurnalında dərc olunub. Qısa məlumat isə "Phys.org” saytında yerləşdirilib.
Əvvəlki versiyaya görə, müasir insanın mənsub olduğu Homo növü, 2.5-2.8 milyon il əvvəl yaranmışdı. Hesab olunur ki, bu, qlobal iqlim dəyişməsi sayəsində mümkün olmuşdu. Lakin amerika alimləri xarici amillərin təsiri olmadan Yer üzündə həyatın təkamül yolu ilə inkişaf modelini hazırladılar.
Məlum oldu ki, təkamül prosesində ortaya çıxan növün əmələ gəlməsi təsadüfən baş verə bilər. Yəni, Homo növü iqlim dəyişmələrinin iştirakı olmadan yarana bilərdi.