Şəfəqə Doğru » Manşet » Qazaxda görülən abadlıq işləri .Fotolar

Qazaxda görülən abadlıq işləri .Fotolar

Qazaxda görülən abadlıq işləri .Fotolar

 

       İHB-sı Rəcəb Babaşovun az vaxtda gördüyü tikinti və abadlıq işləri rayon                əhalisini çox məmnun edib.

  Avqustun 19-da Qazax rayon  İcra hakimiyyəti  başçısı R.Babaşovun şəhərdə görülüb başa catmış bir çox tikinti –təmir  işlərinə və tikintisi davam etməkdə olan obyektlərə baxış keçirəcəyini eşitdikdə ,mən redaksiyamız tərəfindən digər KİV numayəndələri ilə birlikdə orada iştirak etməyi özümə borc bildim.

  Şəhərin hər tərəfində illərlə təmirə son dərəcə ehtiyacı olan 45 ədəd iki və beş mərtəbəli çox ailəli  yaşayış binalarının yüksək səviyyədə təmir olunduğunun şahidi olduq ki,bu da,şəxsən məni  həm təəccübləndirdi həm də sevindirdi.Çünki,hansı binada olduqsa, həmin binada yaşayan sakinlər də öz təəccübünü gizlətmədən ,son  əlli ildə Qazax rayonuna belə cani –dildən qayğı göstərən nə bir katib nə də,icra başçısı  gəlmədiyini söyləyərək,ölkə prezideti İ. Əliyev cənablarına məhz, Qazax rayonuna R.Babaşovu  başçı təyin etdiyinə görə,dərin təşəkgürlərini bildirirlər.

  Sakinlərin dediyinə görə ,R.Babaşov həmin binaların təmiri müddətində 4-5 dəfə hər bir işin nece görülməsini şəxsən özu yoxlayıb.Hətta binaların zirzəmilərinin belə təmiri üçün şəhər icra nümayəndəsi Akif Vəliyevə ciddi tapşırıqlarını verib.

  İnsafən görülən işləri  təqdir etməmək olmur.

 Bir il müddətində rayon ərazisində böyük sənaye obyektlərinin tikintisindən tutmuş ,kənd təsərüfatına ,sahibkarlığa ,komunal təsərüfata ,kəndlərə gedən yolların asfaltlanmasına və bütün digər sahələrə diqqət və qayğı göstərərərk ,yorulmadan çalışır.

  Hər həftənin qəbul günü onlarla vətəndaşı ayrı-ayrılıqda dinləyərək,onların ehtiyac və problemlərinin təmin olunması üçün aidiyyatı idarə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verir.R.Babaşovun ən heyrətamiz xüsusiyyətlərindən  biri də verdiyi tapşırığı öz həllini tapıcaya qədər  böyük –kiçikliyindən asılı olmayaraq,onu nəzarətində saxlaması və unutmamasıdır deyə rayon sakinləri vurgulayır.

  Hal –hazirda şəhərdə üç  ildir tikintisi təməldə dayanadırılmış mərkəzi xəstəxananın tikintisi yüz  əlli nəfərin işlə təmin olunacağı xalçaçılıq fabrikinin sürətlə gedən tikintisi ,artıq bu günlərdə açılışı olacaq Daş salahlı kəndində yeni tipli göz oxşayan uşaq və körpələr evi və  iki yüz əlli üç,yüz nəfəri işlə təmin edecek, bu günlərdə açılışı  nəzərdə tutulan "Mətanət " əhəng zavodunun tikintisi də məhz R.Babaşovun təşəbbüsü və səyinin nəticəsidir.R.Babaşova verdiyimiz suallardan birinə -Rəcəb müəllim az müddətdə görülən işlərə hansı amil daha çox vacibdir sualına,qısaca olaraq,-"Əgər 1-ci şəxs istəsə hər şeyə nail olar ” deyə cavablandırdı.Və sonda” Heç kəs düşünməsin ki, mən yorulacam .İşlədiyim sürəcə çalışıb Qazax rayonunun bütün problemlərini həll edəcəm. " Dediklərinin isə doğru olduğu göz qabağındadır.

  İnşallah digər İHB-rı da ölkə prezidenti  İ.Əliyev cənablarinin vətəndaşlar qarşısında üzünü ağartmaq üçün R.Babaşovdan örnək götürərlər.                 

      

 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

Qazaxda çoxmənzilli binaları tanımaq olmur


 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

 Qazaxda çoxmənzilli binaları tanımaq olmur

Qazaxda çoxmənzilli binaları tanımaq olmur

   Qazaxda çoxmənzilli binaları tanımaq olmur    

 

                                                                                                 Neymət Novruzlu.