ABŞ-da prezident Donald Trampın miqrant uşaqların müdafiəsiylə bağlı proqramı ləğv etməsinə qarşı aksiyalar genişlənir.
Metbuat.az-ın məlumatına görə, indi nümayişlər Nyu-Yorkla yanaşı, paytaxt Vaşinqton, Los-Anceles və Denver kimi iri şəhərlərdə də keçirilir. Narazı kütlə tələb edir ki, "Ağ ev” rəhbəri qaçqın uşaqlarla bağlı məsələyə yenidən baxsın.
Artıq 15 şəhərin yerli hakimiyyət orqanları da Trampın qərarının qanunsuz elan olunması tələbiylə Bruklin məhkəməsinə müraciət edib. Qeyd edək ki, Tramp qərarında israrlı olarsa, 800 minə qədər miqrant uşaq öz ölkələrinə deportasiya oluna bilər.