Şəfəqə Doğru » Manşet » BDU-NUN QAZAX FİLİALINDA VÜSƏT ƏFƏNDİYEV ÖZ QANUNLARI İLƏ İŞLƏYİR

BDU-NUN QAZAX FİLİALINDA VÜSƏT ƏFƏNDİYEV ÖZ QANUNLARI İLƏ İŞLƏYİR

BDU-NUN QAZAX FİLİALINDA VÜSƏT ƏFƏNDİYEV ÖZ QANUNLARI İLƏ İŞLƏYİR

Bu gün, yəni 13 sentyabr 2017-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova Qazax Dövlət Sosial-İqtisadi Kolleci barədə edilən  şikayətlə əlaqədar gənclər mərkəzinin akt zalında icra başçısı başda olmaqla kollecin pedaqoji kollektivi ilə keçirilən iclas düz 2 saat yarımdan sonra sona çatıb. İclası başlanğıcdan sona qədər demək olar ki, aparan cənab Babaşov kollecin təlim, tərbiyə və təhsil sistemindəki çatışmazlıqlardan danışmış, gələcəkdə işlərini başqa səpgidə  qurmasını vurğulamışdı. Onu da qeyd edək ki, icra başçısına verilən məlumatların əksəriyyətinin özünü doğrultmamağına baxmayaraq, başçı ona verilən məlumatların hamısını dəqiq hesab etmiş, kollecdə heç də az bir müddətdə özünü doğrultmayan, Bakıdan kimlərinsə göstərişi ilə vəzifəyə gətirilən kadr haqqında müsbət fikirdə olmuşdur. Uzun müzakirələrdən sonra icra başçısı kollecin binasına  tezliklə istilik sistemin çəkilişini öz hesabına kollecin direktoru Elşad Quluyevə tapşırmışdır. Bunlar öz yerində. Belə ki, icra başçısı bildiyimiz kimi prezidentin yerdə səlahiyyətli nümayəndəsidir. Yəni səlahiyyət sahibidir. Bizi düşündürən isə iclasda başqa bir məsələ oldu.

 Həmin iclasda BDU-nun Qazax Filialının direktoru, professor Vüsət Əfəndiyev də qonaq qismində iştirak edirdi. Təbii ki, az-çox çıxışlardan sonra icra başçısı Vüsət Əfəndiyevə də söz verdi. Kollecin gələcəkdə necə işini qurması haqqında çıxış edən filial direktoru sözarası bildirdi ki,  "BDU-nin Qazax Filialında bu il buraxılşda olan 250-dən artıq tələbədən 52 nəfəri diplom ala bilmişdi. Qalanları isə hazırlaşaraq gələcəkdə təzədən imtahan verməlidir”. Məsələ buasıdır ki, 52 nəfər diplom alan tələbəni çıxandan sonra qalanı kredit sisteminə uyğun olaraq dövlətə, yəni filialın hesabına pul köçürməli, tələbə hazırlaşmağında olmalı, müəllim isə həmin vəsaitdən əməkhaqqı almalıdır. Filialın direktoru isə yığılan vəsaitdən geninə-boluna gələcəyi üçün istifadə etməlidir.

 Bəli, bu da yeyintinin, korrupsiyanın yeni formasıdır. İndi isə proifessor Vüsət  Əfəndiyevin dediklərinə aydınlıq gətirək. 250-dən çox tələbə həyata atıldığı halda, 52 nəfərin diplom alması nə deməkdir? Axı hər bir tələbənin təhsilinə dövlət xeyli vəsait ayırır. Belə çıxır ki, universitetin Qazax filialında dərs keçirilməyib, müəllimlər boş-boşuna əməkhaqqı alıbar. Bəs onda bugünkü iclasda hörmətlə qarşılanan, "burda oturma, orda otur” kəlmələrini tez-tez eşitməklə demək olar ki, təhsil naziri səviyyəsində qarşılanan Vüsət  Əfəndiyev hara baxırmış? Yəqinki düşünməyə dəyər…

 Ölkədə əməkhaqqının azlığı, valideynlərin maddi cəhətdən çətinlik çəkdiyi bir vəziyyətdə tələbələri axırıncı kursa qədər gətirərək sonradan diploma "zəlil” etmək nə dərəcədə ağılasığandır? Budurmu hər an təriflənən Vüsət Əfəndiyev?  Hər an "aydan ayrı, sudan duru  görünən” Vüsət müəllimin də görünür, görünməyən tərəfləri var? 

  Mövzuya qayıdacağıq.

  Qarşı tərəflərin də fikirlərini dinləməyə və dərc etməyə hazırıq.

Shafaqadogru.com Dövrün nebzinə istinadən bildirir.