Talış kəndinin Ağdərə rayonun inzibati ərazisi kimi göstərən lövhə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Qeyd edək ki, Ağdərə inzibati ərazi vahidi kimi 1992-ci ildən Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə Ağdərə adlandırılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına kəndin Tərtər rayonun inzibati ərazisi olduğunu bildirib: "Talış kəndi Tərtərin inzibati ərazisidir”.
O qeyd edib ki, müvafiq qurumlara səhvin düzəldilməsi ilə bağlı müraciət edilib: "Problem tezliklə həll ediləcək, narahatlıq üçün əsas yoxdur”.