Şəfəqə Doğru » Manşet » Son 3 ayda yol qəzalarında ölənlərin sayı açıqlandı

Son 3 ayda yol qəzalarında ölənlərin sayı açıqlandı

Son 3 ayda yol qəzalarında ölənlərin sayı açıqlandı
Son 3 ayda (iyul, avqust, sentyabr) respublikanın avtomobil yollarında 382 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yol qəzalarında 229 nəfər ölüb, 567 nəfər isə xəsarət alıb. Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.