Gədəbəydə həyat yoldaşı tərəfindən öldürülən 29 yaşlı qadının qətlinin təfərrüatları məlum olub.
Shafaqadogru.com xəbər verir ki, Arıxdam kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Fariz Muxtarov boşadığı həyat yoldaşı Mətanət Muxtarovanı atası evində öldürüb: "Fariz Muxtarovun atası və qardaşı avqust ayında həbs olunub. Onların ikisi də adam öldürüb. Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqustunda kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyüb-öldürdüklərinə görə həbs edilib və hazırda istintaq altındadırlar.
Qız ondan boşansa da, Farizin evinin zirzəmisində qalırdı. Özü də heç biri ailə qurmayıb. Amma hər zaman aralarında gərginlik olub. Fariz alimenti vaxtında ödəmədiyindən Mətanət yenidən məhkəməyə getmişdi. Fariz də buna qəzəbləndiyindən keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsərək, onu öldürüb. Fariz heç yerdə işləmirdi, hərdən fəhləlik edirdi.Hazırda polis Mətanətin atasının evini mühasirəyə alıb. Fariz isə axtarışdadır”.
Qeyd edək ki, Gədəbəydə qətl hadisəsi baş verib. Arıxdam kənd sakini Fariz Muxtarov iki il əvvəl boşadığı həyat yoldaşı Mətanət Muxtarovanı atası evində öldürüb.