Qabil Abbasoğlu:”"Oğru aləmi” ilə bağlı xəbərlərin çox dərc olunmasını da tənqid edirlər. Mövzuya sifarişi oxucu verir. Cəmiyyət tərəfindən hansı mövzuya necə reaksiya varsa, mövzular da ona uyğun qabardılır”
"Cəmiyyət özünün həll edə bilmədiyi problemlərlə qarşılaşanda bunu qabardan, problemdən yazan medianı günahlandırmağa başlayır”.
Bunu "Sherg.az”a "Media Fədayəni deyil, "Bakı-Tbilisi-Qars” layihəsinin açılışını gündəmə çevirməli idi” iddiasını dəyərləndirərkən tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu deyib.
O bildirib ki, mətbuata nadir hallarda təşəkkür olunur:
"İnsanlar adətən medianı tənqid etməyi üstün tutur. Əslində bu yeni məsələ deyil və hər yerdə belədir.
Son günlər mətbuatda "oğru aləmi” ilə bağlı xəbərlərin çox dərc olunmasını da tənqid edirlər. Əslində mövzuya sifarişi oxucu verir. Cəmiyyət tərəfindən hansı mövzuya necə reaksiya varsa, mövzular da ona uyğun qabardılır. Medianı tənqid edən həmin şəxslər də dərc olunan mövzuları tərcih edir.
Azərbaycan cəmiyyətinin həyatında baş verən, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından tutmuş, avtoritetlərlə bağlı hadisələrə qədər bütün xəbərlərinə rast gəlmək olur. Şou-biznes, siyasi, iqtisadi təhlillər, mədəniyyət, cəmiyyət, sosial həyatdan yazılar dərc olunur. Onların hansına daha çox reaksiya ilə qarşılaşırıqsa, təbii ki, həmin məhsulu hərtərəfli işıqlandırmağa çalışırıq. Çünki həmin mövzuya oxucu diqqəti hiss edirik. Yeganə səbəbi budur.
Medianın elə gücü yoxdur ki, oxucuya praktik təzyiq göstərib, özünün seçdiyi mövzunu oxutsun. Bunu biz yox, oxucu özü həll edir”.
Qeyd edək ki, son günlər müğənni Fədayə Laçının "oğru aləmi”ndə "Qoca”ləqəbi ilə tanınan məhbus Etibar Məmmədovun xüsusi təyinatlı vaqondan qaçmasına kömək göstərməsi və onunla birlikdə keçirdiyi günlərlə bağlı yayılan videolar medianın gündəmindən düşmür. Bu hal isə bəzi millət vəkilləri və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub və məhz ona görə də medianın özü tənqid hədəfinə tuş gəlib.