Şəfəqə Doğru » Manşet » AĞDAŞDA RƏSUL ZAMANOVUN SUVARMA BİZNESİ – BİR İLƏ 600 MİN MANAT

AĞDAŞDA RƏSUL ZAMANOVUN SUVARMA BİZNESİ – BİR İLƏ 600 MİN MANAT

AĞDAŞDA RƏSUL ZAMANOVUN SUVARMA BİZNESİ – BİR İLƏ 600 MİN MANAT

Ağdaş Suvarma Sistemləri İdarəsində «pulun var giriş, yoxdursa sürüş» prinsipləri işləyir

Ağdaş Suvarma Sistemləri İdarəsində biabırçılığın son həddi yaşanır. Ölkənin Aran rayonlarından olan, habelə əkin sahələri mütəmadi suvarılmadan məhsul əldə edə bilməyən yaşayış məntəqəsində həqiqətən Kərbəla müsibəti yaşanır.

Rəsul Zamanovun rəhbərlik etdiyi idarədə əsl suvarma biznesi yaradılıb. Fermer, kəndli əkinçiliklə məşğul olmamışdan əvvəl Zamanovla anlaşmalı, onun «bığının altından keçməli»dir ki, yerə toxum atsın. Əks təqdirdə, əkdiyini suvarmaq üçün bir qaşıq su belə tapa bilməz.

Qeyd edək ki, rayonun ən varlı məmurlarından sayılan idarə rəisinə icra başçısı belə söz deyə bilməz. Çünki sabah icra başçısının yüzlərlə hektar əkin sahələri də susuz qala bilər. Daha doğrusu, Rəsul Zamanov elə bir oyun qurar ki, icra başçısı çıxılmaz duruma düşər. Ona görə də, rayonda hamı ondan gen gəzər və çalışar ki, münasibətləri korlamasınlar. 

Səfəqədogru.com  Politika.Az-a istinadən xəbər verir ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanov külli miqdarda qazanc əldə etməyin çoxlu yollarını da bilir. Məsələn, dövlət büdcəsindən ayrılmış pulların necə yerbəyer edilməsi bunun əyani misalıdır.

Qeyd edək ki, təkcə ötən il bu idarəyə 600 min manatdan artıq vəsait ayrılıb. Həmin pulların xərclənmə sektorlarına baxdıqda isə bişmiş toyuğun gülməyi gəlir. Bu pulun 17 min manatı avtomobil üçün ehtiyat hissələrinin satın alınmasına xərxlənib. Sadəcə, bilinmir ki, bu pul idarənin texnikasına, yoxsa, Zamanovun öz şəxsi maşınına sərf olunub.

İdarə müdirini ən çox qazandığı işlərdən biri də suvarma kanalları və bəndlərin təmiri işlərinin satın alınmasıdır. «Şirvan-inşaat» MMC tərəfindən həyata keçirilmiş proses üzrə 168664 manat sərf olunduğu vurğulansa da, real görünmür. Çüki Ağdaşda nə suvarma kanalları, nə də bəndlərində heç bir təmir işləri aparılmayıb.

Tikinti materiallarının satın alınması da az gəlirli olmayıb. Bu dəfə də «Şirvan-inşaat»ın imkanlarından istifadə olunub. Belə ki, həmin materialların alınmasına sənəd üzərində 184681 manat xərcləndiyi vurğulansa da, real deyil. Ona görə ki, təmir işlərinin aparılmasından söhbət belə gedə bilməz.

Rəsul Zamanovun qaz vurub, qazan doldurduğu iş isə mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması olub. Belə ki, bu işləri «Caspian-st» şirkəti həyata keçirib. Bu işlərə sərf olunmuş pulun miqdarı isə 265225 manat təşkil edib.

Rəsul Zamanov təkcə bir ildə 600 min manatdan artıq pulu bu şəkildə silibsə, onun işlədiyi illərə bu rəqəmi vurduqda heç də kiçik olmayan məbləğlər alındığını görməmək mümkün deyil. Elə bu səbəbdəndir ki, idarə rəisinin nəinki Ağdaş və Gəncədə, hətta Bakıda da bir neçə evi, bahalı dükanları və mağazaları var.

Qarşı tərəfi də dinləməyə hazırıq.