İrəvanda etiraz aksiyası keçirilib.
Shafaqadogru.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "Azadlıq” meydanında başlayan yürüş Rusiyanın Ermənistandakı səfirliyinin binasının qarşısınadək davam edib.
Burada aksiya iştirakçılarının adından Rusiyaya qarşı iki tələb irəli sürülüb:
1. De-yure siyasi müttəfiqinin öz öhdəliklərini yerinə yetirməsi, növbəti qərarlarında Ermənistanın milli maraqları və təhlükəsizliyinə hörmət etmək,
2. Azərbaycana silah satışını təcili dayandırmaq.