Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.
Shafaqadogru,com xəbər verir ki, bu barədə "Report"a A.Rəsulovun yaxın qohumu Bəxtiyar Nuriyev məlumat verib. O bildirib ki, zabit həmin yüksəkliyi qorumaq üçün könüllü gedib:
"Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra, ermənilər yenidən həmin mövqeni tutmaq üçün cəhd ediblər. Bu zaman döyüş başlayıb. Asifgil 4 nəfər olublar, onlardan 3-ü şəhid olub. Asif özü isə ağır yaralanıb, 2 snayper, 3 avtomat gülləsi dəyib, qəlpə yarası alıb. Onlar döyüşdə xeyli erməni əsgərini məhv ediblər. Təkcə Asif özü 7 ermənini zərərsizləşdirib. Zabitimizin sağ qalması, sadəcə, möcüzədir. Hazırda o, hospitalların birində müalicə alır, vəziyyəti yaxşıdır".
Asif Rəsulovun Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etdiyini deyən B.Nuriyev qeyd edib ki, o, buna görə mükafatlandırılıb, təşəkkürnamələr alıb:
"O yenə də deyir ki, Qarabağda müharibə başlasa, gedər. Hazırda onun nədənsə narazılığı yoxdur, yüksək səviyyədə diqqət və qayğı göstərilir".
Qeyd edək ki, Asif Rəsulov 1977-ci ildə Ağstafada doğulub. Ailəlidir, 2 övladı var.