BAKU.WS-in məlumatına görə, bu barədə Kamal Bilalov "Oba" marketlər şəbəkəsinin Facebook səhifəsinə yazıb.
Narazı sakin satıcıdan kərə yağının niyə bu qədər ucuz olduğunu sorub. Satıcı isə belə cavab verib: "Ukraynadan tonlarla gətizdirdiyimizə görə ucuzdur”.
K.Bilalov deyir ki, evdə məlum oldu ki, yağ marqarindir.
Facebook səhifəsinə nəzər salanda "Oba” merketlər şəbəsinin Kamil Bilalova heç bir cavab vermədiyi görünür. Sakin eyni hadisə ilə Hövsanda, Nərimanov rayonunda yerləşən "Oba” marketində qarşlaşdığını bildirir.
Son vaxtlar "Oba" marketlər şəbəkəsindən narazı sakinlərin sayı arıtb. Belə ki, alıcılar qeyd edirlər ki, məhsulların çoxu ya xarab çıxır, ya dadsız olur, ya da vaxtı keçmiş olur.
Məsələ ilə bağlı "Oba” marketlər şəbəkəsindən BAKU.WS-ə bildirildi ki, "Alpen Food” tamamilə kərə yağı deyil.
"Alpen Food yağı OBA marketlər şəbəkəsinin sifarişi əsasında istehsal olunur. Bu məhsul kərə yağı deyil. Məhsulun üzərində də "kərə yağı tərkibli” sözü qeyd olunub. Ola bilər ki, məhsulun təqdimatı ilə bağlı satıcı texniki səhvə yol verib.”, - deyə "Oba” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elvin Babayev bildirib.
"Oba” marketlərində qiymətlərin nəyə görə ucuz olmasına gəlincə, Elvin Babayev qeyd etdi ki, satılan məhsullar birinci əldən alındığı üçün qiyməti ucuzdur.
Elvin Babayev onu da bildirdi ki, "Oba” marketlərində brend mallar demək olar ki, satılmır.
"Biz brend mallar sifariş vermirik. Sadəcə olaraq istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldirik. Mərkəzləşdirilmiş anbar və logistika mərkəzləri sayəsində məhsulların mağazalara çatdırılmasını özümüz həyata keçiririk. Bununla da satışda olan məhsullar əlavə distribüter xərclərindən azad olur”, - deyə E.Babayev qeyd edib.
E.Babayev müştəriləridən xahiş edib ki, OBA marketdə satılan məhsullarla bağlı hər hansı şikayət və təklifləri olarsa facebook və Instagram səhifəmizə yaza və ya 012924 qynar xəttinə zəng edib bizi məlumatlandıra bilərlər.
İqtisadiyyat Nazirliyindən isə BAKU.WS-ə bildirildi ki, sakinlər "Oba” marketlərində keyfiyyətsiz, vaxtı ötmüş məhsulun satıldığını müşahidə etsələr, dərhal qaynar xəttə (195 2, 012 498 15 01, 012 498 15 04) zəng edərək məlumat versinlər.
Nazirliyin mətbuat katibi Abbas Əliyev BAKU.WS-ə bildirdi ki, "Oba” marketində sakinə marqarin yağının kərə yağı kimi satılması məsələsi araşdırılacaq.
"Bununla yanaşı sakinlər, məhsulun üzərində kərə yağı yazılıb-yazılmadığına fikir verməlidir. Müştərinin aldığı mal haqqında müfəssəl məlumat almaq hüququ var. Hər bir malın üzərində onun tərkibi, istehsalçısı və yararlılıq müddəti göstərilir. Tövsiyyə edirik, istehlakçılar xoşagəlməz hallarla qarşılaşanda Nazirliyin qaynar xəttinə (195 2, 012498 15 01, 012498 15 04) zəng etsinlər.