Müğənni Yusif Mustafayev Salyan rayonunda 4 qızının və həyat yoldaşının başını kəsən Fərhad Əliyevə ən ağır cəza verilməsini tələb edib.
Bu barədə AzNews.az-a açıqlama verən sənətçi, hadisəni eşidəndən bəri vəziyyətinin pis olduğunu deyib:
"Salyanda bir kişi 4 qızı və həyat yoldaşını öldürüb. Bu adam qatildir. İmansız! Heç kişi də 13 yaşında qızın başını kəsər? Sənə neçə kişi deyək, ay şərəfsiz? İki gündür telefonum susmur. Hamı mənə zəng edir ki, sən necə xalqın sənətkarısan ki, qansıza, cinayətkara dəstək olmusan? "İnstaqram"dan başım çıxmır, eşitdiyimə görə orada məni söyüb, təhqir edirlər. Yazırlar ki, "sənə ayıb olsun”. Axı mən nə etmişəm? Nə demişəm? Bu adam qatildir, mən ona necə dəstək ola bilərəm? Məni sındırırlar, həyatdan, hər şeydən küsdürürlər. Bizim dövlətimiz və qanunlarımız var. Qanunda nə ağır cəza varsa, ona verilsin. Məni elə həddə çatdırıblar ki… ölənə kimi evdən bayıra çıxmayacam, oturub gözləyəcəm ki, ölüb gedim. Allah o caninin bəlasını versin…”