Shafaqadogru.com xarici mediaya istinadən xəbər verir ki, o, açıqlamasında ölkəsinin nüvə silahını sınaqdan keçirməsinə sərt təpki verən Trampın özünün dünya üçün böyük təhlükə olduğunu deyib.
O, bildirib ki, əslində Şimali Koreya deyil, ABŞ prezidentinin özü növbəti addımla - Qüds qərarı ilə dünyanı təhlükəyə atdığını bir daha təsdiq edib.
Kim Çen İn bildirib ki, belə hərəkətlər Trampın ağlına şübhə yaradır: "Tramp Qüdsü İsrail deyilən dövlətin paytaxtı kimi tanıdığını bəyan edib. Bəyəm İsrail adlı dövlət var ki, paytaxtı da Qüds olsun?".
Bu arada Şimali Koreya Xarici İşlər Nazirliyi də xüsusi bəyanat yayaraq, Trampı Qüds qərarına görə təhqir edib: "Biz sionist bir dövləti tanımırıq. Qüdsü Fələstinin paytaxtı olduğunu bəyan edirik. Tramp əqli cəhətdən əlil bir adamdır. Onun beyni bulanıqdır. Azad bir ölkə olan Koreyanı BMT tribinasından yox etməklə təhdid edən bir adamın Qüdslə bağlı qərarından bu səbəbdən təəccüblənmədik".
XİN Trampın Qüqds qərarını "Düşüncəsiz və şeytanı" olduğunu bəyan edib: "Bu həmlə bütün dünyaya kimin sülhə qarşı bir təhdit olduğunu açıq göstərir".