Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın əmək bazarı ilə bağlı son məlumatları açıqlayıb. FED.azbildirir ki, rəsmi məlumatlara görə, ölkədə orta aylıq əmək haqqı 525,4 manat rəşkil edir və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% yüksəkdir.
DSK-nin məlumatlarına əsasən, son bir ildə ölkədə əmək haqlarının məbləği sabitləşib. İlin əvvəlində ölkədə orta aylıq maaşın 498,6 manat olduğunu nəzərə alsaq, indiyədək bu göstərici cəmi 27 manat yüksəlib.
2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının dəyişməsi
Yanvar 498,6 manat
Fevral 504,8 manat
Mart 499,9 manat
Aprel 514,3 manat
May 520,5 manat
İyun 520,1 manat
İyul 522,0 manat
Avqust 523,1 manat
Sentyabr 524,7 manat
Oktyabr 525,6 manat
Noyabr 525,4 manat