Bakıda həyatını itirən gəncin yaxınları xəstəxananı altını üstünə çeviriblər.
Shafaqadogru.com baku.ws-ə istinadən ki, hadisə dekabr ayının 20-si gecə saatlarında Respublika Klinik Xəstəxanasında baş verib.
Belə ki, saat 23 radələrində xəstəxanaya ürəyindən bıçaqlanmış 20 yaşlı oğlan gətirilib.
Lakin gənc burada dünyasını dəyişib və onun meyiti morqa aparılıb.
Bundan xəbər tutan gəncin qohumları xəstəxanaya hücum edərək pəncərələrini sınıdırıb, dəhlizdə nə varsa hamısını yerlə bir ediblər.