Şəfəqə Doğru » Manşet » Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi illərdir xəstələrin haqqını yeyib.

Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi illərdir xəstələrin haqqını yeyib.

Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi  illərdir xəstələrin haqqını yeyib.

                                                

                         

 

   Son günlərdə redaksiyamıza  daxil olan məlumatlarda Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi Ramiz Mansurovun illərdir yəni, artiq qırx ilə yaxındır ki, həmin xəstəxananın baş həkimi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində çoxlu sayda rüşvətxorluq və  korrupsiya hallarına yol vermişdir. Beləki,xəstələrə ayrılan ərzağın və dərman preparatlarının mənimsənilərək,tərəfindən rabbi həzmdən keçirilmişdir.Təxminən hər il cari təmir adından hər dəfə də 10 minlərlə pul təmir olunmadan mənimsənilmişdir.Qeyd edim ki, yalnız sonuncu dəfə yəni bu günlərdə Qazax rayon icra hakimiyyəti başcısının ciddi nəzarəti altında təmir işləri gedir.İstixana təmir olunmuşdur.Amma bu vaxta qədər ,Ramiz həkimin bu işləri gördürmədən ayrılan vəsaiti mənimsəyərək,özünə Qazaxda bir neçə  villa tikdirmişdir ki,onların da bir neçəsinin şəkilləri  əlimizdə var.Dört-beş evi  Qazaxda olan Ramiz  həkim Bakıda da gözəl bir ev almışdır deyə, məlumatda göstərilir.

 Qazax Rayonlararası Ruhi Xəstəxanada Ramiz Mansurov öz qanunları ilə işləyir -FOTO

 

 

 

Bununla belə Ağstafa ərazisində "Agstafa Petrolunun” tam ikidə bir şərikidir .Özünün dediyinə görə,həmin yanacaq doldurma məntəqəsini icarəyə vermişdir.Bu o, Ağstafa Petroldur ki, bəzi idarələrlə müqavilə bağlayıb maxinasiyalar edir deyə ,məlumatda bildirilir. Məlumatda o da , deyilir ki R.Mansurov xəstəxanada kişi cinsindən olan iş qabiliyyətli xəstələri inşa etdirdiyi villalarda işlədərək,istismar etmişdir.Hətta bu barədə mətbuatda bəzi yazılar da getmişdi. Aldığımız məlumatlarla əlaqədar olaraq,baş həkim R.Mansurova sorğu məktubu ünvanladıq .Ramiz həkim sorğuya cavabında ;-" Əvvala təzə inşa etdirdiyim ev mənə məxsus deyil ,Bakı şəhərində həkim işləyən qızım Mansurova Leylaya məxsusdur” deyə,sorğumuzu cavablandırmışdır.Apardığımız araşdırmalar nəticəsində Mansurova Leyla xanım  beş nomrəli xəstəxanada işlədiyi cəmi beş il olar .Maraqlıdır ,ayda 150,200 manat  maaş alan bir həkim 70- 100 min  manatlıq dəyəri olan  iki mərtəbəli bir villanı necə tikdirə bilər? İkincisi bu Ramiz həkimin evinin biri onun adına qeydiyatdan keçirilmiş ola bilər.Bəs digər tikdirdiyi evlər kimin adınadır görəsən ?Ağstafa Petrol lla isə artıq heç bir əlaqəsi olmadığını sorğuya cavabında yazıb.Halbuki ,bir neçə gün əvvəl mənə özü demişdir ki,mən o məntəqəni icarəyə vermişəm .

 Araşdırmamız davam edir.Mövzuya qayıdacayıq.

Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

                                                                                                      Neymət Norvuzlu.