Mərkəzi Asiyada İŞİD ideologiyasının yayılması güclənib, vətəndaşlar aktiv şəkildə terror qruplaşmasının sıralarına cəlb olunur.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib.
İŞİD-in Mərkəzi Asiyada təbliğatının gücləndiyini deyən ölkə başçısı həmçinin digər radikal qruplaşmaların da bölgədə təsirinin artmasına diqqət çəkib. Jeenbekov həmçinin vəziyyətlə mübarizə aparmaq üçün ölkələrin qarşılıqlı əməkdaşlığının vacib şərt olduğunu vurğulayıb.