Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək: "Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq".
Direktorun sözlərinə görə, növbəti iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Havanın temperaturu günorta saatlarında 12-17, Bakıda və Abşeron yarımadasında 9-14, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti təşkil edəcək".