Şəfəqə Doğru » Manşet » BU GÜN QARABAĞDAKI SON VƏZİYYƏT MÜZAKİRƏ OLUNACAQ

BU GÜN QARABAĞDAKI SON VƏZİYYƏT MÜZAKİRƏ OLUNACAQ

BU GÜN QARABAĞDAKI SON VƏZİYYƏT MÜZAKİRƏ OLUNACAQ

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşəcəklər. Musavat.com-un məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Tvitter səhifəsində yazıb. 

 
Diplomat qeyd edib ki, Berlindəki müzakirələrdə almaniyalı sədrlə Qarabağ cəbhəsindəki son hərbi toqquşmalar, münaqişə zonasındakı hazırki vəziyyəti və həll yollarını müzakirə edəcəklər.
 
Qeyd edək ki, yanvar ayından etibarən ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerdir. Son məlumatlara görə, Qarabağ məsələsinin tənzimlənməsi ilə əlaqədar  Almaniyanın da 7 bəndlik həll planı var. Çox güman ki, həmsədrlər Rusiyanın masaya çıxarmağa hazırlaşdığı Kazan təklifləri ilə həmin sənədin də müqayisəli təhlilini aparacaqlar.
 
Bu həftə Rusiya XİN başçısı Sergey Lavrov da Moskvanın təkliflərini müzakirə üçün İrəvana gedəcək.