Nüvə dövlətləri NSYHM (Nüvə silahlarının yayılmaması haqqında müqavilə) sazişini unutmamalıdır.
Qaynarinfo.az xəbər verir ki, bunu Yaponiyanın Kyodo xəbər agentliyinə açıqlamasında SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov deyib. O, Rusiya və ABŞ-ın bu məsələdə önəmli rol oynadığını da vurğulayıb.
Qorbaçov bildirib ki, NSYHM, Orta və Yaxınmənzilli Raketlərin Məhv Edilməsi Müqaviləsi və Rusiya-ABŞ arasında bağlanan Strateji Silahların Azaldılması Sazişi ümumi bir sistemin fərqli elementləridir. Bunlardan biri yerinə yetirilməsə, sistem çökə bilər.
"Ümid edirəm ki, Rusiya və ABŞ rəhbərləri bu sistemin çökməsinə səbəb ola biləcək bir addım atmayacaqlar".