18 milyon farsın dili dövlət dili kimi qəbul edildiyi halda, 35 milyon soydaşımızın dili heç təhsil dili kimi də qəbul edilmir.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli İranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisinin qadağan edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İran Konstitusiyasında azsaylı xalqların milli dilində məktəblərin açılması, televiziya verilişlərinin təşkil edilməsi, mili ədəbiyyatın çapı kimi müddəalar yer alsa da, bunlara əməl edilmir:
"Bu qərardan sonra milli azlıqlar üzərində, xüsusən də ölkənin ən çoxsaylı etnik qrupu olan azərbaycanlılara və onların dilinə qarşı repressiyaları daha da artacaq. Bu gün İran cəbhəsində milli dillərin, ayrı-ayrı etnosların milli mədəniyyətinin inkişafı üçün heç bir multikultural şərait yoxdur. Bunun əsas səbəbi İrandakı əzazil rejimdir. Bu rejim milli dil və milli mədəniyyət anlayışını qəbul etmir. Sadəcə olaraq, islam ümmətçiliyinə əsaslanaraq hamının müsəlman olduğunu, hər bir xalqın dilinin müsəlman dili və mədəniyyətlərinin də müsəlman mədəniyyəti olduğunu iddia edirlər”.
Politoloq bildirib ki, İrandakı azərbaycanlıların ad və ya soyadının fars dilinə uyğun olması vacibdir:
"İnsanlara ərəb adlarının qoyulmasına da icazə verirlər. İranda hər hansı bir soydaşımızın özünə məxsus şəxsi əmlakına da fars yönümlü adlar qoyması tələb olunur. Milli azlıqların hüquqlarını heçə sayırlar. Bu səbəbdən də orada milli azlıqların nə məktəbi, nə də televiziyası var. Bir sözlə, bütün sahələrdə milli özünəməxsusluq, millətə aid olan mənəvi cəhətlər ciddi surətdə təqib edilir, diskriminasiya altına alınır, boğulur. Beləliklə də bu onların milli mənsubiyyət hissinin yox olmasına gətirib çıxarır”.
Qeyd edək ki, İranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qadağan edilib.