Şəfəqə Doğru » Manşet » Azərbaycanda əsgərlər üçün mühüm qərar

Azərbaycanda əsgərlər üçün mühüm qərar

Azərbaycanda əsgərlər üçün mühüm qərar

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişin bağlanıb

 


Sazişə əsasən tərəflər iqtisadi siyasət sahəsində istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadəsi üçün təsirli tədbirlər görmək, korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək, yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görmək, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq, Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görmək, idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək barədə öhdəlik götürüblər.

Tərəflər əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi sayəsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsi məqsədi ilə tədbirlər görmək, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etməyi zəruri sayıblar.


Tərəflərin əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları sahəsində götürdüyü öhdəliklər sırasında Azərbaycanda mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Məşğulluq Konsepsiyasının layihəsini hazırlamaq, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən icbari sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək, işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək, mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək, Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş "Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında" 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq, peşə ixtisasları üzrə standartların beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmasını davam etdirmək yer alıb