Respublikaçılar Partiyasından Ermənistan prezidentliyinə namizədin adı açıqlanıb.
Shafaqadogru.com xəbər verir ki, indiki prezident Serj Sarkisyan bu namizədin keçmiş baş nazir, Böyük Britaniyadakı səfir Armen Sarkisyan olduğunu deyib.
Görüş bu gün prezident iqamətgahında baş tutub.
A.Sarkisyan 23 iyun 1953-cü ildə İrəvanda doğulub, universitetin fizika və riyaziyyat fakultəsinin məzunudur.
2013-cü ildən ölkəni Böyük Britaniyada təmsil edir. Lüksemburq, Vatikan, Niderlandda da səfir kimi çalışıb. 1996-97-ci illərdə Ermənistan baş naziri olub.
O, həmçinin1 5 şirkətdən ibarət olan "Knightsbridge Group"a rəhbərlik edib. Bu qrup energetika, neft-qaz sənayesi üzrə Avropa ölkələri, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda işləyib.
Cebhe.info xatırladır ki, indiki prezidentin səlahiyyət müddəti 9 apreldə başa çatacaq. Yeni prezidenti 7 il müddətinə parlament seçəcək.