Rusiya Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Afrində apardığı ıməliyyatla bağlı ABŞ-a ilginc mesaj verib.
Shafaqadogru.com Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, o, Türkiyənin Afrinə daxil olmasının başqa səbəbinin olduğunu da bildirib: "Türkiyənin Afrin əməliyyatının bir səbəbi terror təhlükəsidirsə, digər səbəbi isə ABŞ-dır. Amerikanın Suriyada apardığı təktərəfli əməliyyat və addımlar Türkiyəni çox qəzəbləndirib".
Lavrov müsahibəsində ABŞ-ın Rusiyanın xarici siyasətindən narahat olaraq, tətbiq etdiyi sanksiyaları da "ümidsiz oyun" adlandırıb.