Şəfəqə Doğru » Manşet »  ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO

 ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO

 ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO

TƏQAÜD KARTI ÜÇÜN RƏHMUMƏ YAMAN,VÜQARI DAĞLADI,VERMƏDƏN AMAN

Ay zalım, cəllad Rəhmumə

Şikəstə, əlilə zülm etdin niyə

Təqaüd kartını vermədi deyə

Hamamda dağlandı o,Vüqar niyə

Ötən sayımızda » Səlim Müslümov əlillərin təqaüdü ilə fontan tikdirir»,"Əlillər evi”ndən ƏƏSMN-nə şikayət olundu başlıqlı yazı d’rc etmişdik.Yazıda gedən faktlara aydınlıq gətirmək üçün ilk öncə müəssisənin direktoru Rəhmumə Cəfərovanın fikirlərini öyrənməyə çalışdıq.Rəhmumə xanım suallarımıza cavab vermək əvəzinə Xəzər rayonunun Prokuroru Fəxri Ələskərovla kirvə olduqlarını, bizi və şikayətçiləri həbs etdirəcəyi ilə hədələməkdən belə çəkinmədi.

Rəhmumə Cəfərova yaxın ətrafının yanında danışır ki, hələ Göy-göldə işləyən zaman ona «krişalıq» edən ƏƏSMN -nin aparat rəhbəri Əjdər müəllim ona vəd verib ki, Göy-göldəki internat məktəbinin təmirini öz hesabına aparsan səni hal- hazırda işlədiyin müəssisəyə rəhbər gətirdəcəm. Çünki, göy- göldəki internat məktəbin təmiri üçün ayrılan vəsait nazirlik tərəfindən mənimsənilib.

Rəhmumə xanım bildirib ki,işlədiyi müddətdə yığdığı pulla internat məktəbini təmir etdirdim,bəs orada xərclədiyimi bu müəssisədən çıxartmamalıyammı? O,əlavə olaraq bildirib ki, ondan kim şikayət etsə də Səlim Müslümov ona heç nə deyə bilməz,çünki,nazirlik onu n qabağında gözü kölgəlidir.Guya nazir deyib ki,əgər hansı jurnalist sizin haqqınızda nə isə yazsa məhkəməyə verib həbs etdirin,arxanızda dayanmışam və ona himayədarləğı da nazir müavini Çingiz Əliyev edir.

Hələ bu azmış kimi o yazı getdikdən sonra müəssisədə olan xəstələrin valideyinlərini hədələməkdən belə çəkinmədi. Belə ki,xəstə Zaida Aşurovanın bacısı Sara Aşurova bacısının yanına gələn zaman müəssisənin baş tibb qardaşı Rəsul müəllim onun qabağını kəsərək tələb edib ki,bacısının pensiya kartını ona verməlidir. O da kartı verməyib. Səhərisi gün Sara xanıma zəng ediblər ki, bacın ölüb, gəlin aparın. Sara xanım deyir ki, müəssisədə vəziyyət o qədər acınacaqlı idi ki, qorxurdum ki,bir gün bacıma yemək aparmasam ac qalar.

Sara xanım bildiririr ki,əgər bacımın ölümündə onların əli varsa Allah da onların bəlalarını versin.

İkinci xəstə, Abdrrəhmanova Zalinananın anası Raya xanım bildirir ki,bütün gün Rəsul müəllim evimizə zəng edr ki.kartı təcili olaraq onlara verməlisiniz.

Üçüncü xəstə Məmmədov Vüqar Vaqif oğlunun anası Məmmədova Şövkət Yədulla qızı Dəryaz qəzetinin redaksiyasına müraciət edərək bildirir ki, müəssisənin direktoru Rəhmumə Cəfərova oğlunu otağına çağırıb pensiya kartını əlindən almaqistəyəndə oğlu kartı vermək istəməyib. Belə olanda onun sağ əli və cəllad kimi xəstələrə zülm verən Rəsul, Vüqarı hamama aparıb orada siqaretlə 100 yerindən yandırıb.Sonra da o qədər döyüblər ki. Vüqar 40 gün yataqdan qalxa bilməyib.Anası bidirir ki,oğlunu ziyarət etməyə gedəndə oğlu başına gələnləri qorxusundan demək istəmirdi, yaralarını görəndə hay küy saldım, (bu xəstəxananın kamerasına da düşüb)oğlum dedi ki,ana heç kimə demə mənə deyiblər ki,olanları kiməsə desən sənə iynə vurub öldürəcəyik.

Şövkət xanım bildirir ki, hara şikayət edirəmsə direktor hamını pulla susdurur. Kartların yığılmağından da nazirliyin xəbəri var. Belə olmasaydı nazir müavini Şingiz Əliyev mənə deməzdi ki,oğlunun yanığını ekspertizadan təsdiq etməyiblər.Şövkət Məmmədovun redaksiyamıza təqdim etdiyı fotoları və səs yazısını təqdim edirik.

Xəzər rayonu 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində yaşanan mühitin varlığı, yəni yeni rəhbərliyin zorakı idarəçiliyi sayəsində həmin müəssisədə çalışan 20 nəfərə qədər işçinin işsiz qalması, buna misal ola bilər. Qeyd olunan müəssisədə həm aldadılaraq və həm də məcburi qaydada işdən çıxarılan şikayətçi xanımlar, bir neçə gün bundan əvvəl redaksiyamıza ünvanladıqları ərizələrində yazırlar ki, "biz illər uzunu adı çəkilən müəssisədə işləmişik. Müəssisəyə rəhbərlik edən Əliyeva Ədilə Muradəli qızı 25 may 2015-ci il tarixdə yaş həddi ilə əlaqədar təqaüdə çıxdı. Həmin vaxt Cəfərova Rəhmumə Həsən qızı müəssisəyə yeni rəhbər təyin olundu. O, vəzifəsinin icrasına başladığı gündən, müəssisədaxili problemləri həll etmək əvəzinə, illər uzunu əmək fəaliyyəti ilə məşğul olan və bu sahədə kifayət qədər təcrübə toplayan işçiləri, müxtəlif yollarla işdən azad etməyə başladı”. Şikayətçilər onu da vurğulayırlar ki, "işdən çıxmağa məcbur edilən işçilərin minbir dərdi, minbir problemi var. Yəni, vəziyyəti ağır, xəstəsi olan, kirayədə yaşayan, banklara borcu olanlar və.s var ki, onlar da yeni rəhbərliyin təkidi ilə işdən çıxmağa məcbur ediliblər.

Axı, biz aldığımız əmək haqqı ilə ailəmizi birtəhər dolandırırdıq, kreditlərimizi ödəyirdik, indi nə edəcəyik? Rəhmumə xanım bizi işdən çıxardır və yerimizə yeni işçilər götürür. Bu da ona əlavə gəlir əldə etməyə imkan verəcək. Tələbimiz yalnız işimizə qayıtmaq, daşıdığımız vəzifəmizə bərpa olunmaqdır. İşdən məcburi çıxarılanların tam əksəriyyəti, Buzovna kənd sakinləriyik” deyə, onlar bildirdilər. Onlar onu da qeyd edirlər ki, "hal-hazırda müəssisədə təqribən 255 nəfər xəstə var ki, onların da 200 nəfərindən çoxunun bankomat kartı Rəhmumə Cəfərovanın cibindədir. Hər xəstə orta hesabla ayda 50-270 manat arası dövlətdən təqaüd alır. Adicə belə bir statistik hesablama aparsaq, yəni 250 nəfər xəstənin hər biri ayda orta hesabla 150 manat təqaüd alırsa, deməli Rəhmumə xanımın təkcə bu yolla gəliri hər ay təqribən 25-30 min manat olur. Elə ki, bankomat kartı müzakirə mövzusuna çevrilir, dərhal rəhbərlikdən belə bir açıqlama gəlir ki, "mən əldə olunan gəlirlə həyətdə fontan tikdirəcəyəm, müəyyən təmir-bərpa işləri apartdıracağam. Bütün bunlar cənab nazirin xüsusi tapşırıqlarıdır” deyir.

Verilən məlumatların birində də vurğulanır ki, müəssisədə Vəliyev Vəli Tacəddin oğlu adlı xəstə olub ki, onun da səhhəti bir müddət bundan əvvəl pisləşir. Xəstənin qardaşı Rasim Vəliyev vəziyyətdən xəbər tutan kimi, qardaşını evə aparmaq qərarına gəlir. Məqsədi o olur ki, ona ev şəraitində baxsınlar və vəziyyətini qaydaya sala bilsinlər. Bu belə də olur və ev şəraitində qalan xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra, qardaşı onu qaldığı müəssisəyə qaytarmaq məcburiyyətində qalır. Bu zaman üzləşdiyi mənzərə Rasim Vəliyevi dəhşətə gətirir. Yəni, rəhbərlik bildirir ki, "müəssisədə yer yoxdur, istəsəniz nazirliklə danışıb yer tapa bilərəm. Amma, 500 manat xərciniz çıxacaq”.

Bu gün müəssisənin problemli məsələlərindən biri də, müxtəlif yollarla işdən çıxarılan işçilərin əmək kitabçaları ilə bağlıdır. Belə ki, verilən məlumatlarda bildirilir ki, rəhbərlik işçilərdən bəzilərini "ərizə yaz işdən çıx, sonra səni işinə bərpa edəcəyəm” deməklə aldada bilib. Bir hissəsini isə xəbəri olmadan işdən çıxarıb. Elə ki, kim işdən çıxmaq istəməyib, o halda həmin işçiyə bildirib ki, ərizə yazıb xoşluqla işdən çıxmasan əmək kitabçanı korlayacağıq. Dirəniş göstərib ümumiyyətlə işdən çıxmaq istəməyənlərə qarşı isə, yeni bir qayda tətbiq olunur. Hətta, 20 nəfərə qədər işçinin əmək kitabçasını rəhbərliyin tapşırığı ilə, müəssisənin xəstəsi olan və giriş qapısında gözətçi işləyən Şahinə verirlər ki, onları sahibinə çatdırsın. Verilən məlumatlarda o da bildirilir ki, Rəhmumə xanım özü ilə gətirdiyi "medbrat cəllad” ləqəbi ilə tanınan Rəsulun vasitəsilə xəstələrdən bəzilərini döydürür, bəzilərinə isə iynə vurdurmaqla işdən çıxmaq istəməyənlərin əleyhinə onlardan izahat da aldırır. Xəstələr bankomat kartlarını vermək istəməyəndə, onlar da oxşar aqibətlə üz-üzə qalırlar.

Müəssisədə elə xəstələr var ki, onların kartları yaxınlarındadır. Yaxınları da alınan təqaüdlə hər ay xəstələrinə dərman, ərzaq, geyim formaları və.s alıb gətirsələr də, rəhbərlik bunu onlara da çox görmür. Məsələn, verilən məlumatlarda bildirilir ki, müəssisənin xəstələrindən olan Məmmədov Vüqar Vaqif oğlunun, Əbdürrəhmanova Zalina Sabir qızının anasına, hələ bir müddət bundan əvvəl gecə saat 12 radələrində Rəsul zəng edir ki, bankomat kartlarını müəssisəyə təhvil verin. Müəssisənin xəstələrindən olan Tapdıq adlı xəstə isə, hələ bir müddət bundan əvvəl ac qaldığı üçün, dəniz kənarında dilənməyə məcbur olur. Çox keçmir ki, onu ələ keçirib müəssisəyə gətiririrlər və bir qədər işgəncə verdikdən sonra, Tapdığa "Aminazin” iynəsi də vururlar. Bütün bunların nəticəsidir ki, Xəzər rayonu 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsini, məşhur "Quantama” həbsxanası ilə eyniləşdirənlər də var. Rəhmumə xanımın qol qoyduğu əməllərdən biri də, "oklad” yarım işləyən işçilərin yarım "oklad”ını başqa işçilərin adına yazaraq, onların da əmək haqlarını mənimsəməsi olur.

Müəssisəyə verilən ərzaq məsələsinə gəlincə onu da qeyd edə bilərik ki, ərzaq tenderdə "qalib” çıxan firmalara köçürülür və rəhbərlik də firmalarla əlbir olduğundan, hər ay onlardan faizini alır. 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində analoqu olmayan haqsızlıqların baş alıb getməsinə səbəb, yəqin ki, Rəhmumə Cəfərovanın ixtisasca müəllimə olmasıdır. Çünki, o, rəhbərlik etdiyi sahənin mütəxəssisi olmadığından, istər idarəetmənin, istərsə də kollektivlə, xəstələrlə işləməyin qaydalarını bilmir. Yəni, ən azından o, tibbi sahəyə bağlı kadr olmalıdır. Verilən məlumatların birində də bildirilir ki, xəstə yanına gətirilən yeməklər rəhbərliyin göstərişi ilə bir otağa yığılır və səbəb də onu göstərirlər ki, həmin yeməkləri biz özümüz verəcəyik. Amma, çox keçmir ki, yeməklər daşınıb evlərə aparılır. Müəssisənin xəstələrindən olan Mikayılov Qulu Bəhlul oğlunun qardaşı Emin Mikayılov, hələ bir müddət bundan əvvəl görür ki, qardaşının ümumi görkəmi olduqca ağır durumdadır. Nazirliyə şikayət edəcəyini söylədikdə, rəhbərliyin onun qardaşına qarşı münasibəti tamamilə dəyişir, yəni xəstəyə qarşı nəzər-diqqət artırılır. Hal-hazırda müəssisəninn təsərrüfat şöbəsinə rəhbərlik edən Səyyarə xanımın "fironluğu” da dillər əzbəridir. Onun əməlləri haqda danışanlar bildirirlər ki, Səyyarə xanımı müəssisəyə Rəhmumə Cəfərova özü ilə gətirdiyindən, o, bu gün bir kimsədən nə çəkinir, nə də ki, qorxur. Elə bu səbəbdəndir ki, o, istər işçiləri şantaj etməkdə, istərsə də xəstə yanına gələnlərdən pul tələb etməkdə olduqca peşəkardır. Bir müddət bundan əvvəl yaşanan olay da, heç də diqqətdən kənarda qalmır. Belə ki, müəssisənin xəstələrindən olan Ağasi Məmmədov dünyasını dəyişir və onu digər xəstələr Tapdıq Hüseynov, Asif İbrahimov və Ruslan Xakimov kimsəsizlər qəbristanlığında dəfn edirlər.

Təəccüb doğuran hal o olur ki, öz düşüncələrinə uyğun dəfn etdikləri Ağasi Məmmədovun cəsədini, bir gün sonra itlər qazıb torpaqdan çıxarır. Və cəsədin müəyyən hissələrinin didişdirildiyini görən sakinlərin verdiyi xəbərdən sonra, cəsəd yenidən dəfn olunur. Yeni rəhbərliyin təyinatından sonra müəssisənin girişindəki "darvaza” list dəmirlərlə örtüldü. Bu da onu göstərir ki, Rəhmumə xanım qol qoyduğu qanunsuzluqları bir kimsə kənardan görməsin, hansısa müşahidəsini aparmasın deyə, belə bir addımını atıb. Əldə olunan məlumatlara görə Rəhmumə Cəfərova, vaxtilə Gəncədəki müəssisələrdən birinə rəhbərlik edib. Elə ki, daşıdığı vəzifəsini Göygöl rayonunda davam etdirməli olur, bu zaman o, Gəncədəki müəssisəyə kollec təhsili almış Nuriyyə adlı xanımı təyin etdirə bilir.

Hal-hazırda Gəncədəki müəssisənin korpuslarından biri təmir olunduğundan, 40 nəfər xəstə 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə yerləşdirilib. Onlara ayrılan vəsaitin taleyinə gəlincə isə, onu deyə bilərik ki, Nuruyyə xanım həmin vəsaitləri tenderdə qalib çıxmış Abuzərdən əlbəəl alır və Bakı şəhərinə gətirir. Restoranların birində Rəhmumə xanımla görüşən Nuriyyə xanım, ümumi söz-söhbət zamanı heç də insafsızlıq etmir. Yəni, verilən məlumatlarda bildirilir ki, Nuriyyə xanım Rəhmumə Cəfərovanın vaxtilə ona dayaq olduğunu unutmur və əldə olunan vəsaitin 40 % götürməklə kifayətlənir, 60%-i isə Rəhmumə xanıma çatır. Əldə olunan başqa bir məlumatlarda o da bildirilir ki, Rəhmumə xanımın saysız-hesabsız qanunsuzluqlara qol qoymasının kökündə, ƏƏSMN-də Aparatın rəhbəri vəzifəsini daşıyan Əjdər müəllimin ona "krışalıq” etməsidir. Amma onun "krışası” nə qədər güclü olsa da, deyəsən cənab Səlim Müslümov yaşananları heç də diqqətdən kənarda saxlamır.

Məsələn, əldə etdiyimiz məlumatlara görə bir neçə gün bundan əvvəl nazirliyə ünvanlanan şikayəti araşdırmağa gələnlər, heç Rəhmumə xanımı iş başında tapa bilməyiblər. Problemlərin varlığını diqqətdə saxlayacağıq.

P.S. Məqalədə sadalanan faktlarla bağlı qarşı tərəfin möqeyini öyrənmək istədikdə katibə xanım bildirdi ki, rəhbərlik işdə deyil, bir saatdan sonra əlaqə saxlayın. Yenidən əlaqə saxladıqda xanım katibə bildirdi ki, müdiriyyət deyir ki, gedin nə yazırsınız yazın.

Biz məcbur olub Rəhmumə xanımın mobil telefonuna zəng etdik. O isə istehza ilə bildirdi ki, "başa düşmürəm nə vaxtdan jurnalist fakt araşdıran olub? Məgər siz müstəntiqsiniz?” – deyib telefonu söndürdü.

Yenə də qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO
ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO
ƏLILLƏR EVINDƏ PENSIYA KARTINI DIREKTORA VERMƏYƏN ƏLILI YANDIRDILAR - VİDEO

#8