Qazaxa icra başçısı təyin edildiyi gündən rayonda sosial və iqtisadi sahələrdə göstərdiyi xidmətlərə görə sevilən,Qazaxın hər bir vətəndaşına böyük qayğı ilə yanaşan, onların bütün problemlərini öz problemi kimi hiss edən RİH-nin başçısı cənab Rəcəb Babaşov vətən uğrunda şəhid olanları da daim diqqət mərkəzində saxlayır.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Firuddin İsa oğlu Şamoyevin doğum günü layiqincə qeyd edildi.
Öncə bildiririk ki, Millli Qəhrəman Firuddin Şamoyev1962-ci il 7 fevral tarixində Qazax şəhərində anadan olub. Orta təhsilini burada alıb. 1981-1983-cü illərdə hərbi xidmətə çağırılıb. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edib. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazılır."N" saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına şəhi olub. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Hazırda Qazax şəhərindəki 4 nömrəli məktəb qəhrəmanımızın adını daşıyır.
Milli Qəhrəmanla bağlı Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanında tədbir keçirilib. Tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Milli Qəhrəmanın adını daşıyan şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak edib.
Milli Qəhrəmanın ruhuna fatihə surəsi oxunduqdan sonra xiyabanda şəkli əks olunmuş lövhə önünə tər qərənfillər düzülüb, əziz xatirəsi yad olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək ölkımizdə, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Bildirib ki, "bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid veribdir. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Həmin qəhrəmanlardan biri də Firuddin Şamoyevdir. Onun əziz xatirəsini yad etmək bizim hər birimizin vətəndaşlıq borcudur. Biz şəhidlərimizin doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli Qəhrəmanlarımızı gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır”.
Milli Qəhrəmanın həyat yoldaşı Hamayıl Şamoyeva çıxış edərək, ailə üzvləri adından onlara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhidlərin, eləcə də həyat yoldaşı Firuddin Şamoyevin xatirəsini əziz tutduğuna görə öz təşəkkürlərini çatdırıb.
II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yolunun gənc nəsillərə bir örnək olduğunu bildirib.
Milli Qəhrəmanın təhsil aldığı Qazax şəhər 4 saylı məktəbin direktoru Məhəmməd Aşurov söz alaraq, qəhrəmanların, o cümlədən Firuddin Şamoyevin heç vaxt unudulmayacağını, onun yaratdığı qəhrəmanlıq səlnaməsinin nəsillər boyu xatırlanacağını bildirib.
Sonra Milli Qəhrəmanın adını daşıyan məktəbin şagirdlərindən Xəqani Abışov, Ayxan Məmmədov, Nuray Məmmədova, Fatimə Əlizadə, Nigar Hüseynova Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
İlham Hacalı