Şəfəqə Doğru » Manşet » BMT Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Suriyanın Bəşər Əsədə bağlı silahlılarının Afrinə doğru hərəkət etməsi barədə məlumat yayılıb. Türkiyə ordusunun Afrində terrorçulara qarşı keçirdiyi "Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

A.M.