Şəfəqə Doğru » Manşet » Qida Təhlükəsizliyi Agentliyi: Qida ilə yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır (ÖZƏL)

Qida Təhlükəsizliyi Agentliyi: Qida ilə yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır (ÖZƏL)

Qida Təhlükəsizliyi Agentliyi: Qida ilə yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır (ÖZƏL)
Qida ilə bilərəkdən və ya bilmədən yaranan və yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır.

Bunu Trend-ə və "Azernews" qəzetinə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi kimi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir: "Əgər ərzaq təhlükəsizliyi ölkə əhalisinin qida ilə təminatı deməkdirsə, qida təhlükəsizliyi bu qidanın sağlam olmasıdır. Ölkə əhalisinin səhhət və sağlığı, gələcək nəslin sağlam yetişməsi qida təhlükəsizliyindən birbaşa asılıdır. Zərərli qida hətta silahlı hücumlardan daha təhlükəlidir. Əhalimizin, xalqımızın sağlamlığı üçün qida təhlükəsizliyinin təmini bu gün qarşımızda dayanan əsas vəzifələrdəndir".

A.Kərimova bildirib ki, hazırda ölkədə qida zəncirində mövcud vəziyyət, ölkədəki hüquqi baza və onun icra vəziyyəti, qida istehsalçıları və idxalçıları ilə tanış olmaqla yanaşı, müxtəlif sahələrdə ciddi bazar araşdırmaları ilə məşğuldurlar. Bundan əlavə, qida təhlükəsizliyi sahəsində mövcud beynəlxalq təcrübəni, bir sıra ölkələrdəki analoji qurumların iş mexanizmini öyrənirlər.