"Narkoloji Dispanserdə baş verən yanğının günahını Oqtay Şirəliyevdə görürəm”.
Cebhe.info xəbər verir ki, bunu "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib. QHT rəhbəri bunun ölkə üçün böyük faciə olduğunu diqqətə çatdırıb.
"Narkoloji Dispanserdə baş verən hadisə ilə bağlı heç nə danışa bilmirəm. Çox böyük ağrıdır. Orda kimlər müalicə alırdılar? Bu, müzakirə olunacaq mininci məsələdir. Amma şübhəsiz ki, hadisə məsuliyyətsiz, insanların taleyinə biganə yanaşanların ucbatından baş verib. Bu, səhiyyəyə ayrılan vəsaitlərin ciblərə axmasının nəticəsidir. Səhiyyə naziri bu sahəni bərbad vəziyyətə qoydu. Heç kim mənə başqa arqument gətirməsin, günahı da nazir Oqtay Şirəliyevdə görürəm. Görəsən nə zaman bizdə kiminsə belə hadisələr baş verəndə istefa verdiyini görəcəyik. Amma görəcəksiz, orada tutulan santexnik olacaq”, - deyə Mətanət Əsgərqızı qeyd edib.
Mənsur Rəğbətoğlu
Cebhe.info