Ermənistan dünən cəbhə xəttində atəşkəsin pozulması nəticəsində itirdiyi əsgərlərin sayını açıqlayıb.
Shafaqadogru.com ermeni KİV-nə istinadən xəbər verir ki, gecə başlayan atışmalar zamanı iki hərbçi – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan həlak olub. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Xatırladaq ki, aprelin 25-dən 26-na keçən gecə cəbhə xəttində atəşkəs rejimi pozulub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, rayonun əsasən Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.