Şəfəqə Doğru » Manşet » Hökumət yanacaqla bağlı dəyişiklik etdi - Aksiz vergi dərəcəsi azaldıldı

Hökumət yanacaqla bağlı dəyişiklik etdi - Aksiz vergi dərəcəsi azaldıldı

Hökumət yanacaqla bağlı dəyişiklik etdi - Aksiz vergi dərəcəsi azaldıldı
Azərbaycanda reaktiv reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 1 manat müəyyən edilib .

 
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə müvafiq dəyişiklik edib.

"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə yeni alt yarımmövqelər əlavə edilib.

Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi dəyişməyərək, 1 ton üçün 80 manat müəyyənləşib.

 
Qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir.

 
Qeyd edək ki, indiyə qədər qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə əsasən digər məqsədlər üçün kerosinə tətbiq edilən aksiz vergi dərəcəsi 1 ton üçün 80 manat olub.