Aqil Heydərovun "pul qazanmağa” başı o qədər
qarışıb ki, Qazax meşələrinin taleyi bərədə düşünməyə vaxt tapmır
Uzun müddətdir redaksiyamıza Qazax rayonunda "meşələrin
qənimi” Aqil Heydərov haqqında şikayətlər daxil olur. Biz də üzərimizə düşən vəzifəni
yerinə yetirərək şikayətləri araşdırdıq və şok faktlarla rastlaşdıq.
Qazaxda Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru
A.Heydərov salınan yaşıllıqlarda "ştil” biznesi qurub. Etibarlı mənbələrdən
aldığımız məlumata görə, Qazax Meşə mühafizəsi və bərpası direktoru Aqil Heydərov
hörmətli nazirin kölgəsində gizlənərək,təbii meşələrin qəniminə çevrilib. Belə
ki, Vəlixan, Kar qaya təbbi zolağı A.Heydərovun əsl gəlir mənbəyinə çevrilərək,
maldarlıq təsərüffatını xatırladır.
Həmin meşə zolağına nəzər yetirəndə məhv olunmuş pöhrələr az
qalır ki, dil açıb imdad diləsin. Əkmə meşəlik olan Didevan gölü ətrafı
zolaqlar vaxtilə keçilməz olsa da, indi ağacları barmaqla saymaq mümkündür.
A.Heydərov vaxtilə həmin müəssisədə müavin vəzifəsində işlədiyi üçün əvvəlki
maxinasiyaları daha da genişləndirməkdədir. Müəssisə rəhbəri qısa müddət ərzində
müavin işləsə də, görünür, yetərincə təcrübə toplayıb.
Məlumatlarda qeyd olunur ki, müəssisənin nəzdində olan
texnikalar digər ərazilərdə əhaliyə serviz xidməti göstərir. Sənəd üzərində
görülmüş meşə bərpa işləri sübut edir ki, direktoru yaşıllıq maraqlandırmır. Məlumdur
ki,müəssisənin yanacaq limiti mövcuddur. A.Heydərov iz itirmək xatirinə lazım
olan yanacağı və digər mühərrik yağlarını müəssisədən 40-50 km aralı Şıxlı
petrola "perevod " etmişdir. Belə çıxır ki, traktorlar 40-50 km yolu
qət edərək, yanacaq götürüb iş başına gedir.Əslində isə, belədir. Aqil Heydərov
yanacaq limitini nəğdləşdirir. Hətta xidməti avtomobilinə yanacağı nəğd pulla
alır.
A.Heydərov işçilərin zəhmət haqqı plastik kartlarını girov
götürərək , razı olmayanları işdən çıxartmaqla hədələyir. "Mənim kimdənsə
qorxum yoxdur, hara istəsəz şikayət eliyə bilərsiz!”- deyərək özbaşınalıq
nümayiş etdirir.
Aqil Heydərovun "pul qazanmağa” başı o qədər qarışıb ki,
Qazax meşələrinin taleyi bərədə düşünməyə vaxt tapmır.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, iş fəaliyyətində
qanunsuzluqlara yol verən məmurlar, vəzifəsindən sui-istifadə edənlər qəti şəkildə
cəzalandırılacaq. 2017-ci ilin ilk günlərində mətbuatda yayılmış xəbərlərdən də
görünür ki, dövlət orqanlarında təmizlik işləri aparılır. Boş-boş oturub heç
bir iş görməyənlər vəzifədən kənarlaşdırlır və onların yerinə daha təcrübəli
kadrlar gətirilir.
Bu faktlardan belə bir nəticəyə gəlmək olar ki, Aqil Heydərovu
heç də yaxşı son gözləmir. Bu məlumatların bəziləri yuxarı instansiyalara gedib
çatsa, o, "kreslosunu itirmək” təhlükəsi ilə üz-üzə qalacaq. Amma əminik
ki, Aqil Heydərov heç vaxt bunu istəməz.
Bölgə müxbirlərimiz hal-hazırda bu məsələnin daha geniş
araşdırılması yönündə çəkiliş aparır. Sakinlərin fikirləri dinlənilir. Mövzu
diqqətimizdədir. "Meşə soyqırımı”nın səbəbkarlarını tutarlı faktlarla ifşa
etməyə həmişə hazırıq.
Yazıda qeyd olunanlarla əlaqədar ,biz "Səfəqə dogru " qəzeti tərəfindən Qazax meşələrini qoyun sürüləri ilə otarılarkən,və kütləvi kəsilmiş ağacların gecəykən köklərinin iz itirmək üçün, yandırıldığının vidyosunu və fotoşəkillərini Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinə faktların qəzetimizin iştirakı ilə yerində yoxlanılması üçün məktubla müraciət etdik.Müraciətlə əlaqədar ,Meşələrin İnkişafı Departamentinən soyadını bilmədiyimiz Vaqif adlı bir nəfər göndərildi və fotoşəkillərdə göstərilən faktların doğru olduğunu təstiqlədi .Lakin,bir həftə sonra sektor müdürü A.Quluyev tərəfindən 23 yanvar 2018-ci il tarixində redaksiyamıza göndərilən məktubda araşdırma zamanı faktların öz təsdiqini tapmadığını bizə yazmışdır.Halbuki ,burda olduğu zaman göstərilən faktların doğru olduğunu o cümlədən Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçün dövlət tərəfindən ayrılan yanacağın 35-40 km aralıda yerləşən yanacaqdoldurma məntəqəsində müəssisənin direktoru A.Heydərov tərəfindən mənimsənildiyi belə, təsdiqləndi. Təsüfflər olsun ki,A.Heydərovun arxasında duran himayədarının sayəsində faktlar öz təstiqini tapmır. Bu faktlar barədə aidiyatı qurumlara müraciət edəcəyik.Hələlik yenə araşdırmalarımızı davam etdirirk.
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
Neymət .