1992-ci il martın 12-si Azərbaycan Respublikası Daxili Qoşunlarının yarandığı gündür. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə Daxili Qoşunlar 1992-ci il martın 12-də iştirak edib.
Azərbaycanın Daxili Qoşunları DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb.
Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.