Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
O qeyd edib ki, hazırda 15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır.