Türkiyə Böyük Millət Məclisində (TBMM) əlbəyaxa dava
Türkiyə Milli Məclisində deputatlar arasında güclü dava baş verib. TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirəsi zaman tərəflər arasında söz davası yumruq və təpiklərlə əvəz olunub.
Dava iki partiya- AK parti və HDP-li deputatlar arasında baş verib. Davada iştirak edən deputatlardan 5-i yaralanıb. Bunlardan 3-ü AK partili, 2-i isə HDP-li deputatlardır.
Onlar xəstəxanaya çatdırılıb və TBMM-in toplantısı təxirə salınıb.