Şəfəqə Doğru » Manşet » İcra başçısı 4 milyon yol pulunu yeyib, Lənkəran yolları isə... – Korrupsiya

İcra başçısı 4 milyon yol pulunu yeyib, Lənkəran yolları isə... – Korrupsiya

İcra başçısı 4 milyon yol pulunu yeyib, Lənkəran yolları isə... – Korrupsiya
2015-ci ildə dövlətin büdcəsindən Lənkəranda yolların təmirinə 4 milyon manat ayrılıb

Saytın verdiyi məlumatda bildirilir ki, həmin vəsaitlər mənimsənilib. 

Nəticədə Lənkəran yollarında bir qarış asfalt yoxdur. Şəhərin icra başçısı Taleh Qaraşova edilən müraciətlər də əhəmiyyətsizdir. Çünki camaatın problemini eşitmir.

Məsələn, Lənkəranın H.Abdullayev küçəsinin yolları bataqlığa oxşayır. Sözügedən məhəllənin yolları yay-qış su içində, çala-çuxur, keçilməz, bərbad bir vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, onların yaşadıqları binalar hərbi şəhərcik yerləşir və Müdafiə Nazirliyinin balansındadır. 

Lənkəran Şəhər İcra Hakimiyyəti isə yolların asfaltlanması məsuliyyətini üzərindən ataraq bu binaların nazirliyin balansında olduğunu söyləyir.

Belədə, dövlət qurumlarının arasında qalan sakinlərin nə yolları düzəlir, nə su ilə dolmuş, üfunət iyi verən binaların zirzəmiləri təmizlənir.

"Bu yolu özünüz görürsünüz. Nə uşaqların oynaması üçün şərait var, nə xeyir-şər düşəndə yol var. Müraciət eləmədiyimiz orqan qalmayıb.

İcra başçısına da şikayət eləmişik. İcra Hakimiyyətindən deyirlər ki, bizlik deyil, binalar Müdafiə Nazirliyinin balansındadır. Yaxşı, bəs biz hara gedək? Bizim də yaşamaq hüququmuz var”,-deyə şikayət edirlər.

Hərbi şəhərciyin həyətində 5 bina yerləşir. Bu binaların qarşısında keçilməli bir qarış asfalt qalmayıb. Sakinlər nazirliyə də müraciət ediblər ki, bəlkə köməklik göstərilə.

Sakinlər bildirirlər ki, bu ərazi Lənkəran şəhərinə məxsusdur, nazirlik özü ilə gətirməyib. İcra Hakimiyyətinə büdcədən vəsait ayrılır ki, şəhərin mərkəzi və ara yolları asfaltlansın. 

Ancaq bir maşın asfalt tökməyiblər ki, gediş-gəliş düzəlsin, uşaqlara topla oynaya bilsinlər, binalara sular dolmasın. 

Lənkəranın tarixində T.Qaraşov qədər yarıtmaz, fəaliyyətsiz, rayonu bərbad günə qoyan, əraziləri satan icra başçısı olmayıb. 

Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb.

Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. 

Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.

Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. 

Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir. Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb. 

Ona görə də lənkəranlılar T.Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər. Onu da xatırlatmaq yerinə düşər ki, Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib. 

Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb. RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Fia .Az