Şəfəqə Doğru » Manşet » YEVLAX ŞƏHƏR MEROSUNDA KORRUPSİYA FAKTLARI

YEVLAX ŞƏHƏR MEROSUNDA KORRUPSİYA FAKTLARI

YEVLAX ŞƏHƏR MEROSUNDA KORRUPSİYA FAKTLARI

Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluq və qanunsuz əməllərlə bağlı şikayətlərlə bağlı müraciət saytımıza daxil olanda , çoxda təəccüblü baxmadıq. Çünki dəfələrlə adı çəkilən şöbədə adi hal olan rüşvətxorluq baş alıb gedir. Ucar rayonu sakini bu haqda məlumat göndərərkən onu da qeyd edib ki, Meroya daxil olan zaman hərə bir tərəfdən gəlir, qardaş nə kömək lazımdır deyir, burda görünür adam özünə yaxşı qardaş da tapa bilir, təki əlin cibində olsun.” Şöbənin dəhlizində quraşdırılan kameralara görə danışıq, razılıq və haqq hesab şəbədən kənarda "Bağda " aparılır. Teref.info xeber.tv-yə istinadən yazır ki, bu kimi sözhbətlərin xüsusi "Maklerləri " var.

Hazırda şöbədə "B” kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. "BC” kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.
Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada deyilən məbləğlə razılaşsan imtahan çox uğurlu nəticə verir, sənə "Prava” verilir. Özü də verilən məbləğə və istəyinəəsasən.Bəs görəsən bu maklerlər tərəfindən alınan rüşvət əldən -ələ ötrülərək idarənin rəis müavininə , idarə rəisinə hansı məbləğdə çatdırılır. Maklerlərin zəhmət haqqı nə qədərdir?

İdarə rəisi Elxan Əliyevin rəhbərlik etdiyi Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluğa və qanun pozuntusuna yol verməsindən yuxarı instansiyaların da xəbəri varmı?
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəis müavini isə Mədət müəllimdir. Deyilənlərəəsasən Mədət müəllim hətta rəisə də öz maraqlı ideya təkliflərini verir və birbaşa rəisin sağ əlidi. Amma Mədət müəllim çox imkanlı adamdı, özünün dediyinə görə onu rayonun əhalisi,ətraf rayon və kəndlər hamısı tanıyır, hər bir işdə hər kəsə kömək edir, qarşılığı olarsa bu kömək işini müsbət nəticəylə görür, kabinetdə oturub bu minvalla camaatın "problemlərini” həll edir. Hər gün külli miqdarda pul qazanır.Rayonda şəxsi fermaları, şəxsi obyektləri fəaliyyət göstərir. Yeddi rayonu əhatə edən Yevlax RQİ və TBŞ-yə hər gün yüzlərlə insan gəlir.

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəis müavini Mədət müəllim necə deyərlər "toyda masabəyliyi” öz üzərinə götürərək "burda mənəm Bağdadda kor xəlifə” devizi altında hərəkət edərək Yevlax MERO sunun rəisi Elxan müəllimə həm müştəri danışır, həm mühafizəçi rolu oynayıb açıq bazarla öz "vəzifəsini” həyata keçirir. Bizdə adı çəkilən məsələlərə aydınlıq gətirmək üçün vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq "əsərin qəhrəmanı” Mədət müəllimlə əlaqə saxlamağa çalışsaqda nədənsə cəhdlərimiz boşa çıxdı.

Daha operativ olmaq üçün Yevlax MERO-suna yollandıq və sözü gedən məsələlərin həqiqətəndə məqsədə uyğun olduğunu , vətəndaşların necə incidildiyinin öz gözlərimizlə şahidi olduq.

Suallarımızı Elxan müəllimin "şillə vuranı” işləyən Mədət müəllimə ünvanladıq. Mədət müəllimdə rəis nə deyirsə , nə "summa” qoyursa mən burda "buyruq qulu”yam. Onuda edirəm. "AĞA DEYİR SÜR DƏRƏYƏ , SÜR DƏRƏYƏ”

Nədənsə Mədət müəllim bizi rəislədə görüşməyə imkan vermədi.
"Rəis istirahət edir, onu narahat edə bilmərik, həmən dəqiqə məni "məhv” edər”
İnanırıq ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və digər aidiyyəti orqanlar ölçü götürəcək.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!