Düşünürəm ki, Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə də türk-erməni əlaqələrində ciddi dəyişiklik olmayacaq.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Vigen Akopyan müxalif hərəkatının lideri Nikol Paşinyanın baş nazir olacağı təqdirdə regionda yaranacaq geopolitik durum barədə danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələri Qarabağla birbaşa bağlıdır. Qarabağda isə irəliləyiş olmayacaq:
"Azərbaycan lideri İrəvanın onlara məxsus olduğunu deyirsə, hər hansı qarşılıqlı güzəştlər barədə danışmağın mənası yoxdur”.
Qeyd edək ki, az öncə V.Akopyan N.Paşinyanın Türkiyə ilə münasibətlərdə dönüş etmək niyyəti olmadığını bir daha bildirmişdi.