Müxtəlif vaxtlarda dükanların fırıldağı ilə bağlı mediada xəbərlər yer alır.
Geyim dükanlarında fırıldaqlar, əsasən, endirimlə bağlı olur. Bəzən geyimin üzərindəki etiketdə qiymətlə çekdəki uyğun gəlmir. Ya da özlərinin işinə yarayan vaxtda endirim edirlər.
Minval.info saytının elektron ünvanına gələn şikayətdə "Rodrigo” adlı tanınmış geyim mağazasında endirim fırıldağından bəhs edilir.
Göndərilən şəkildə görünür ki, müştərilər endirim adı ilə cəlb olunur, amma ortada endirim yoxdur.
Şəkli göndərən oxucumuz deyir ki, paltarı aldıqdan sonra arxasındakı etiket diqqətini çəkib: "Təsadüfən güzüm sataşdı. Etiketin üzərində iki endirim bilidirişi var idi. Diqqətlə baxanda mənə aydın oldu ki, bu bildirişlərdən biri əvvəlki endirimlə, digəri indiki endirimlə bağlı qoyulub. Əvvəlki endirimdə paltarın əsl qiyməti bir başqadır. İndikində isə paltarın əsl qiyməti daha başqadır”.
Onu da qeyd edək ki, bu tipli endirim fırıldaqlarına "Zara” geyim dükanında da rast gəlmək mümkündür.
Geyim dükanlarından bir şey alarkən həm etiketə, həm də çekdəki qiymətə nəzarət etməyi unutmayın!