Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub.
"Vkontakte” sosial şəbəkəsindəki "Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub.
Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.