Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə razılaşması var və bu yerinə yetiriləcək.
Shafaqadogru.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Armen Papikyan deyib. Nazir yenidən Azərbaycanın guya Naxçıvan istiqamətində sərhəd xəttini dəyişməyə cəhd etdiyini qeyd edərək, İrəvanın buna hazır olduğunu deyib:
"Əgər siz KTMT-nin nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşma və icra edilməli müəyyən maddələr var”.
Qeyd edək ki, son günlər Ermənistan tərəfi Naxçıvanla bağlı aktivliyini artırıb. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə hərbi aktivliyi barədə informasiya yaymağa başlayıb.