ABŞ Şimali Koreyaya nüvəsizləşmə müqabilində təhlükəsizlik zəmanəti verib.
Shafaqadogru.com "TASS” agentliyinə istinadən xəbər verir ki, ABŞ və Şimali Koreya liderlərinin birgə imzaladığı sənəddə bu barədə qeyd olunub.
Birgə imzalanmış tarixi sənədə əsasən ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi müqabilində Şimali Koreyaya təhlükəsizlik zəmanəti verir.
ABŞ prezidenti Donald Tramp sənədi jurnalistlərə göstərib və jurnalistlər həmin tarixi sənədin şəkilini çəkə biliblər.
Sənəddə göstərilir ki, "sədr Kim Çen In Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi prosesini sonlandırılması barədə sərt və sarsılmaz öhdəliyini bir daha təsdiq edir”.
İki lider ölkələr arasındakı münasibətləri yeni formata daşıyacaqlarına da öhdəlik götürüblər.
Vaşinqton və Pxenyan arasında həmçinin qalan əsirlərin də geri qaytarılması barədə razılıq əldə edilib.