Bu günlərdə redaksiyamıza daxil olan bir məlumatda ,Şəmkir rayonunda bir neçə ildir ki, on bir (11) istixana rayon ərazisindən keçən Magistiral Qaz Kəmərindən oğurluq xətt birləşdirməklə mavi qazdan istifadə edərək,dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.Məlumatda dövlətə dəyən zərərin bir milyon iki yüz min (120000) min manat olduğu və bu rəqəmində daha çox olduğu ,lakin Qazax rayonunda yerləşən Magistiral Qaz Kəməri Sahəsinin baş idarədə "adamı” olduğuna görə ,minumuma endirildikdən sonra göstərilən rəqəmə endirildiyi bildirilir.
Adının çəkilməsini istəməyən mənbə ,məsələnin hüquq mühavizə orqanlarından gizli saxlandığını və başda Magistral Qaz Kəmərləri Sahəsinin rəis Müavini Elxan Osmanov olmaqla,üç nəfər XXİ –nin nəzarətçi vəzifəsini daşıyan əməkdaşını işdən kənarlaşdırıblar.Bütün bunlara baxmayaraq,adı çəkilən idarənin baş idarədəki "adamının " sayəsində Magistiral Qaz kəmərləri sahəsinin rəisinin yaxın günlərdə məkanı dəyişdirilərək,Ağdam rayonuna eyni vəzifəyə transfer olunacağı mənbə tərəfindən söylənilir.
Məlumatla əlaqədar,magistiral qaz Kəmərləri Sahəsinin rəisi Elçin Bayramova redaksiyamız tərəfindən sorğu məktubu göndərsək də, məktubumuz cavabsız qaldı . Telefon əlaqəsi yaradaraq,səbəbini sorduq.
Elçin müəllim :-"yaxşı olar ki,bizim baş idarəyə müraciəət edəsiniz "deyə cavablandırdı.
Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.
Neymət Novruzlu.