Şəfəqə Doğru » Manşet » Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı

Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı

Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı
Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb.

İyulun 28-dək davam edəcək təlimlərə təxminən 500 texnika cəlb olunub.

Hərbi bazadakı motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimlərin keçirildiyi "Kəmhud" və "Alagöz" poliqolnlarına istiqamətlənib. Avtomobil və zirehli maşınların hərəkəti zamanı birləşmələr şərti düşmənin hava hücumundan müdafiəsi üzrə tapşırıqları yerinə yetirir.

Havadan bölmələri "MiQ-29” təyyarələri, "Mi-24" və "Mi-8 MTŞ" helikopterləri müşayiət edir.